Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / İdman / Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala çıxdı

Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala çıxdı

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinala yüksəlib.

Belə ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Qraçya Poqosyanı (Ermənistan) sınağa çəkib.

Məmmədov bunadək 2 dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə Leri Abuladze (Gürcüstan) ilə üz-üzə gələcək.

Həmçinin oxuyun

Qurban Qurbanov Şeydayevi bağrına basdı, kövrəldi – Video

Xəbər verdiyimiz kimi, müqaviləsi başa çatan Ramil Şeydayev “Qarabağ”dan ayrılıb. Ötən gün mükafatlandırma mərasimində Şeydayev …