Şənbə , Sentyabr 23 2023
Ana səhifə / İdman / Azərbaycan güləşçisi Budapeştdə qızıl medal qazandı

Azərbaycan güləşçisi Budapeştdə qızıl medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, yarışın 3-cü günündə iki yunan-Roma güləşçimiz mübarizə aparıb.

Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində iranlı Omid Aramiyə 1:3 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşdə iştirak hüququ qazanan güləşçimiz qazaxıstanlı Aybek Sabirbekovla (10:1) macarıstanlı Erik Torbaya (8:0) qalib gəlib. Nihat bürünc medal uğrunda qarşılaşmada isə isveçli Vircil Bikaya heç bir şans tanımayıb – 10:0.

Murad Məmmədov (63 kq) moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuya (9:0), amerikalı Xavyer Consona (13:3) və litvalı Justas Petraviçyusa (5:1) qalib gələrək finala yüksəlib. Məmmədov həlledici görüşdə koreyalı Jinvunq Junqu 5:1 hesabıyla üstələyərək turnirin qalibi olub.

Qeyd edək ki, Eldəniz Əzizli (55 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.

Həmçinin oxuyun

İki güləşçimiz Olimpiadaya lisenziya qazana bilər

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir. Bu gün Azərbaycanın daha üç …