Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / İdman / Azərbaycan güləşçiləri üçün mükafat fondu açıqlandı

Azərbaycan güləşçiləri üçün mükafat fondu açıqlandı

Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib.

“Report”un məlumatına görə, pandemiya ilə əlaqədar onlayn formatda təşkil olunmuş tədbirdə bəzi qərarlar qəbul edilib.

İlin sonunda reytinq xallarına əsasən sərbəst, yunan-Roma və qadın güləşində ümumilikdə 30 çəkidə ilk 3 yeri tutacaq idmançılar üçün ayrılan mükafat fondu 600 min ABŞ dolları olacaq. Hər çəkinin lideri 10 min dollar, ikinci yerin sahibi 7 min dollar, ilk “3-lüy”ü tamamlayan güləşçi isə 3 min dollarla mükafatlandırılacaq.

Bu il iki reytinq yarışı nəzərdə tutulub. UWW-nin təqvim planına əsasən, 4 – 7 martda İtaliyanın paytaxtı Romada keçiriləcək Matteo Pellikone turniri və 8 – 13 apreldə Polşanın paytaxtı Varşavada təşkil olunacaq “Poland Open” yarışı reytinq xarakteri daşıyacaq.

Bundan başqa qitə birincilikləri, o cümlədən, 19 – 25 apreldə Varşavada baş tutacaq Avropa çempionatında, 1 – 8 avqustda Tokio olimpiadasında və 2 – 10 oktyabrda Norveçin paytaxtı Osloda təşkil olunacaq dünya çempionatında güləşçilərə reytinq xalları veriləcək. Olimpiya Oyunlarında fəxri kürsüyə qalxacaq idmançılar əlavə 20 faiz reytinq xalları əldə edəcək.

Qeyd edək ki, iclasda qəbul olunmuş digər qərara əsasən ötən il dünyasının dəyişən Avropa Güləş Birliyinin prezidenti Tseno Tsenov UWW-nin fəxri vitse-prezidenti seçilib.

Həmçinin oxuyun

Şenol Güneş: “Mən futbolçulara inanıram, Türkiyə də inansın”

“Məyusuq, çünki bu turniri uzun müddət gözləyirdik. Gözəl nəticələrlə tarix yazmaq istəyirdik”. Bu fikirləri Türkiyə …