Çərşənbə , May 25 2022
Ana səhifə / İdman / Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında çıxış edəcəklər

Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında çıxış edəcəklər

Gələn həftə güləşçilərimiz ilin ilk ciddi sınağına çıxacaqlar.

Belə ki, martın 7-dən 13-dək Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti xəbər verir ki, yeddinci dəfə təşkil olunacaq analoji yarışda 34 ölkədən 420 güləşçinin iştirakı gözlənilir. Yunan-Roma güləşində 157, qadın güləşində 118, sərbəst güləşdə isə 145 idmançının adı sifariş olunub.
Qitə birinciliyinin ilk günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Martın 6-da güləşin klassik növü üzrə püşkatma mərasimi keçiriləcək. Martın 7-9-da məşqçilər Rövşən Bayramov və Həsən Əliyevin rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Adəm Hacızadə (72 kq), Xasay Həsənli (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) uğur qazanmağa çalışacaqlar.
Martın 8-də qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün zərif cinsin nümayəndələri xalça üzərinə çıxacaqlar. Məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzəzadə (68 kq) Plovdivdə qüvvələrini sınayacaqlar.
Martın 10-da sərbəst güləşdə püşkatma mərasimi baş tutacaq. Ertəsi gün bu növdə mübarizəyə start veriləcək. Avropa çempionatının son 3 günündə məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında Tofiq Əliyev (57 kq), Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) çıxış edəcəklər.

Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakimlərimizdən Hicran Şərifov və Tural Əliyev ədaləti qoruyacaq.

Həmçinin oxuyun

Azərbaycanlı boksçu İrəvanda erməni rəqibinə qalib gəlib

Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatına qələbə …