Şənbə , İyul 31 2021
Ana səhifə / İdman / Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan ölüb

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan ölüb

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Maqomed Aliomarov vəfat edib.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlayıb.

O bildirib ki, qadınlardan ibarət Rusiya millisinin çalışdırıcısı koronavirusun səbəb olduğu xəstəlikdən ölüb: “Bəli, koronavirus. İnanmaq istəmirəm. O qədər planlar, o qədər vəzifələr, o qədər enerji var idi. O, ətrafında bütün qızları toplamışdı”.

Aliomarov mayın 13-də 67 yaşında vəfat edib. Azərbaycandan ayrıldıqdan sonra 2019-cu ildən Rusiya yığmasını çalışdırırdı.

Qeyd edək ki, mütəxəssis ölkəmizdə çalışdığı vaxt qadınlardan ibarət Azərbaycan millisinə də rəhbərlik edib və yığmanı London-2012 Yay Olimpiya Oyunlarına aparıb.

Həmçinin oxuyun

Bu gün Azərbaycan və Ermənistan boksçuları qarşılaşacaq – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq. Boksçu Cavid Çələbiyev 1/8 …