Bazar , Yanvar 17 2021
Ana səhifə / İdman / Azərbaycan dünyanın ən güclü 10 komandasından biridir

Azərbaycan dünyanın ən güclü 10 komandasından biridir

Futzal üzrə milli komandaların 2018-ci ildə ilk reytinq siyahısı açıqlanıb.
Millimiz siyahıda əvvəlki kimi 10-cu pillədə qərarlaşıb. Hesabında 1452 xalı olan yığmamız 9-cu olan Qazaxıstandan 36 xal geri qalır.
Siyahıya isə Braziliya başçılıq edir – 1931 xal. Onları “AVRO-2018″in final mərhələsində Azərbaycan yığmasının rəqibi olan İspaniya izləyir – 1878 xal. 1740 xala malik Rusiya ilk “üçlüy”ü qapayır.
Sloveniyadakı turnirdə İspaniya və Azərbaycanla birgə D qrupunda çıxış edəcək Fransa 1256 xalla 20-ci pillədədi.
İlk “onluq”
1. Braziliya – 1931
2. İspaniya – 1878
3. Rusiya – 1740
4. Argentina – 1683
5. İran – 1625
6. İtaliya – 1607
7. Portuqaliya – 1600
8. Ukrayna – 1500
9. Qazaxıstan – 1488
10. Azərbaycan – 1452

Həmçinin oxuyun

“Milan”ın aparıcı futbolçuları koronavirusa yoluxub

İtaliyanın “Milan” klubunda iki futbolçu koronavirusa yoluxub. Apasport.az xəbər verir ki, bu barədə “rossonyerlər” rəsmi …