Ana səhifə / İdman / Azərbaycan cüdoçusu medal görüşünə çıxa bilməyəcək

Azərbaycan cüdoçusu medal görüşünə çıxa bilməyəcək

Azərbaycan cüdoçusu Orxan Səfərov Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal görüşünə çıxmayacaq.

Belə ki, buna 66 kq-da yer alan idmançının zədələnməsi səbəb olub.

Villian Lima (Braziliya) ilə 1/4 final qarşılaşmasında zədə alan Səfərov yığmanın həkiminin tövsiyəsinə və baş məşqçisinin qərarına əsasən, 3-cü yer uğrunda döyüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Orxan Səfərov medal görüşündə Tal Fliker (İsrail) ilə qarşılaşmalı idi.

Həmçinin oxuyun

Premyer Liqada çıxış edən klublara nə qədər vəsait ayrılacaq?

Dövlət futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən 10 klubun hər birinə eyni məbləğdə vəsait …