Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / İdman / Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirində qızıl medal qazandı

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirində qızıl medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

Belə ki, 73 kq çəkidə mübarizə aparan idmançı həlledici görüşdə İsrail təmsilçisi Tohar Butbulu üstələyib.

H.Heydərov rəqibini cərimə xalları hesabına yenib.

Eyni çəki dərəcəsindəki Rüstəm Orucov kosovolu Akil Qjakova, Telman Vəliyev isə rusiyalı Denis Yartsevə qalib gələrək bürünc medala sahib olublar.

Bununla da bu turnirdə medallarımızın sayı dördə çatıb.

Belə ki,dünən Nicat Şıxəlizadə (66 kq) gümüş medal qazanmışdı.

Xatırladaq ki, turnirə mayın 12-də yekun vurulacaq.

Həmçinin oxuyun

Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırıldı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqə görə cəzalandırılan növbəti idmançıların adlarını açıqlayıb. AMADA-dan verilən məlumata görə, …