Şənbə , Oktyabr 31 2020
Ana səhifə / İdman / Azərbaycan çempionatının oyunu yarımçıq dayandırıldı

Azərbaycan çempionatının oyunu yarımçıq dayandırıldı

Futzal üzrə Yüksək Liqada XV turun “Marafon” – “Araz” oyunu yarımçıq dayandırılıb.

“Report Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hadisəyə “Marafon” komandasının görüşün 26:09 dəqiqəsində hakimin qərarına etiraz edərək meydanı tərk etməsi səbəb olub.

Bunu əsas gətirən referilər görüşü dayandırıb. Sonrakı dəqiqədə “Marafon” komandası oyunu davam etdirmək istəsə də, bu dəfə “Araz” klubu hakimlərin matçı bitirdiyini bildirərək meydana geri dönməkdən imtina edib.

Məsələ ilə bağlı İntizam Komitəsi qərar verəcək.

Qeyd edək ki, görüşü futzal üzrə FIFA referisi Hikmət Qafarlı idarə edib.

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …