Şənbə , Dekabr 5 2020
Ana səhifə / İdman / Azərbaycan çempionatında sənədi olmayan futbolçu aşkarlanıb

Azərbaycan çempionatında sənədi olmayan futbolçu aşkarlanıb

AFFA İntizam Komitəsi U-13 Qızlar Liqasında çıxış edən “Gənclik UFK” komandasına texniki məğlubiyyət verib.  

Buna Naftalan UGİM-i ilə matçda sənədi olmayan futbolçunun iştirakı səbəb olub.

Komanda həmin görüşdə 0:6 hesabı ilə uduzub və komitə hesabı olduğu kimi saxlayıb. 

Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “AzMİU” – “Baker Hughes” arasında cavab oyununun 29-cu dəqiqə 56-cı saniyəsində “AzMİU” komandasının heyətində yetərli oyunçunun olmadığı üçün komandaya texniki məğlubiyyət verilib – 0:5.

Oyunun 28-ci dəqiqə 53-cü saniyəsində bu komandanın oyunçusu Heydər Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun, 29-cu dəqiqə 56-cı saniyəsində Fatih Demirdağ hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq, Ayberkemre İnceoğlu isə hakimə etiraz etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəza alıb/Report. 

Həmçinin oxuyun

Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək

2020-ci il Yay Olimpiya oyunlarının koronavirus pandemiyası ilə əlaqədar bir il müddətinə təxirə salınması Yaponiyaya …