Ana səhifə / İdman / Azərbaycan çempionatında qalib elan olunub

Azərbaycan çempionatında qalib elan olunub

Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin videokonfransı keçirilib.

Yığıncaqda kororavirus pandemiyası üzündən dayandırılan kişi basketbolçular arasında Azərbaycan çempionatının taleyi müzakirə olunub.

Fevralın 29-da keçirilən XX turundan sonra dayandırılan Superliqanın davam etdirilməməsi qərara alınıb. Fasiləyə qədər 38 xalla birinci pillədə olan “Zirvə Astara” ölkə çempionu elan edilib. 34 xala malik “Atom” 2-ci, aktivindəki 32 xalla “Gəncə” 3-cü yerin sahibi olub.

Qeyd edək ki, Beynəlxalq Basketbol Federasiyası (FİBA) 2020-ci ilin martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verib. Eyni zamanda, bir sıra Avropa ölkələrində (Polşa, Ukrayna, Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edilib. (Apasport.az)

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır

Azərbaycanlı iş adamı Nizami Piriyevin oğlu Nəsibin Fransanın “Olimpik” (Marsel) klubunu almaq istəyi barədə məlumat yayılıb. Bu barədə “Futbol+” …