Çərşənbə , İyun 19 2019
Ana səhifə / İdman / Azərbaycan çempionatında məşqçilər meydandan qovuldu

Azərbaycan çempionatında məşqçilər meydandan qovuldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda “Zirə” və “Neftçi” komandaları arasındakı oyun zamanı insident baş verib.
Belə ki, 45-ci dəqiqədə baş hakim Rauf Cabbarov meydan sahiblərinin yeni baş məşqçisi Samir Abasovla onun italiyalı rəqib həmkarı Roberto Bordinitexniki zonadan kənarlaşdırıb.
Buna iki mütəxəssis arasında baş verən mübahisə səbəb olub.
Baş məşqçilər tribunaya qalxdıqdan sonra barışıblar. Öz aralarında qısa müzakirədən sonra onlar ilk yarının fasiləyədək olan kiçik hissəsini birgə izləyiblər.
Qeyd edək ki, oyun “Neftçi”nin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. (Report)

Həmçinin oxuyun

Qurban Qurbanov: “Bizim üçün tanış olmayan rəqib olacaq”

“Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov …