Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / İdman / Azərbaycan boksçusu 1/8 finala yüksəldi – Tokio-2020

Azərbaycan boksçusu 1/8 finala yüksəldi – Tokio-2020

Azərbaycan yığmasının daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Boks millimizin üzvü Cavid Çələbiyev yarışa start verib.

63 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz 1/16 final mərhələsində qüvvəsini sınayıb.

25 iyul
1/16 final
63 kq
Cavid ilk döyüşündə Ukrayna boksçususu Yaroslov Hartsizlə görüşüb. Qarşılaşmanın ilk saniyələrindən fəallıq nümayiş etdirən dünya çempionumuz inamlı qələbə qazanıb – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28)

O, 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.

Qeyd edək ki, bunadək boks yığmamızın üç üzvü rinqə çıxıb. Məhəmməd Abdullayev (+91 kq) 1/16 final səddini adlayıbsa, Tayfur Əliyevlə (57 kq) Lorenzo Sotomayor (69 kq) mübarizəni dayandırıb.

Həmçinin oxuyun

Qurban Qurbanovdan kövrələrək ayrıldığı futbolçusuna XÜSUSİ ZƏNG

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted”in (Tailand) Asiya Çempionlar …