Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / İdman / Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu oldu

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu oldu

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Milli üzvü 109 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

Dadaşbəyli birdənqaldırma hərəkətində 176 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionatının qalibi olub. Atletimiz təkanlaqaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb.

Toplam 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …