Ana səhifə / İdman / Ayxan Abbasov: “Futbolçular oruc tutmaqda sərbəstdirlər”

Ayxan Abbasov: “Futbolçular oruc tutmaqda sərbəstdirlər”

“Çempionatın son oyununu qələbə ilə başa vurmağımız bizi bir pillə yuxarı qaldıracaqdı. Bu baxımdan, qalibiyyət önəmli idi. Hava şəraitini də nəzərə alsaq, ilk yarıda bizə çətin oldu. Amma uşaqlar sonadək mübarizə apardılar. Qalib gələrək çempionatı istədiyimiz kimi başa vurduq. Hər kəsi təbrik edirəm”.

“Report” xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov evdə “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis indi “Qəbələ” ilə mayın 19-da Naxçıvanda keçirəcəkləri Azərbaycan Kubokunun final matçına hazırlaşacaqlarını bildirib:

“Cəmi bir oyunumuz qalıb. Yenə rəqib “Qəbələ”dir. Bizi həqiqətən də çətin oyun gözləyir. Çünki təcrübəli komandaya qarşı oynayacağıq. Bu, mövsümün ən vacib oyunu olacaq”.

Abbasov final matçında oruc tutmalarının futbolçulara problem yaratmayacağını deyib:

“Futbolçular peşəkardırlar. Böyük klublar, hətta Çempionlar Liqasındakı komandalar belə futbolçulara sərbəstlik verirlər. Qərarı özləri qəbul etməlidirlər. İnanıram ki, böyük problem olmayacaq”.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …