Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / İdman / Avstriya son 32 ildə ilk dəfə Almaniyanı məğlub edib – VİDEO

Avstriya son 32 ildə ilk dəfə Almaniyanı məğlub edib – VİDEO

Futbol üzrə Avstriya yığması yoldaşlıq matçında Almaniya millisini məğlub edib.

“Report” xəbər verir ki, Avstriyanın Klaqenfurt şəhərində keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Bu, avstriyalılar üçün Almaniya ilə qarşılaşmalarda 32 il ərzində ilk qələbə olub. Avstriya yığması sonuncu dəfə 1986-cı ildə Almaniyanı 4:1 hesabı ilə məğlub edib. Həmin vaxtdan bu yana komandalar 10 dəfə qarşılaşıblar və yalnız bir dəfə avstriyalılar heç-heçəyə nail olublar. Qalan bütün görüşlər almanların qələbəsi ilə yekunlaşıb.

Avstriyanın hazırkı qələbə seriyası 7 oyuna çatıb. Komanda ötən ilin sentyabrın 5-dən məğlubiyyət bilmir. Lakin bununla belə o, Dünya çempionatı- 2018-ə düşə bilməyib.

 

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …