Bazar ertəsi , May 10 2021
Ana səhifə / İdman / Avropanın nəhəng klubları Superliqa yaradır

Avropanın nəhəng klubları Superliqa yaradır

Bu gün Avropanın ən reytinqli futbol çempionatlarında çıxış edən klubların müstəqil Superliqa yaratmalarını elan etməsi gözlənilir.

Həmin klubların arasında beş və ya altı Premyer-Liqa təmsilçisi, həmçinin La Liqa və A Seriyasının hər birindən üç klubun da olduğu bildirilir.

Bu barədə idman jurnalisti Bertran Latur “Twitter”də yazıb.

Məlumata əsasən, Avropa Superliqası 20 komandadan ibarət olacaq. Klublar hər biri on komanda olmaqla iki qrupa bölünəcəklər.

Hər bir klub liqaya daxil olarkən 100-350 milyon avro arası bonus alacaq. Liqa komandaları mövsüm ərzində 18-23 matç keçirəcək və ilk etapda oyunlardan təxminən 4 milyard avro vəsait əldə olunacaq.

Qeyd edək ki, UEFA Superliqada iştirak edəcək klubların Çempionlar Liqası və Avropa Liqası kimi turnirlərə buraxılmayacağını bildirib. Həmçinin qurum növbəti illərdə adıçəkilən turnirlərdə də ciddi dəyişikliklər edəcəyini açıqlayıb./Oxu.az

Həmçinin oxuyun

Terim “Qalatasaray“dan gedir? – “Fikirlərimi oyunlara kökləmək istəyirəm“

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim klubla mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləyib-yeniləməyəcəyi haqda sualları cavablandırıb. …