Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Avropa Liqasında bütün oyunların günü və saatı

Avropa Liqasında bütün oyunların günü və saatı

Avropa Liqasında 1/8, 1/4 final, yarımfinal və final təqivimi bəlli olub.

UEFA oyunların tarixini və başlama saatını açıqlayıb.

Bütün qarşılaşmalar Almaniyada – konkret olaraq Köln, Duysburq, Düsseldorf və Helzenkirhen şəhərlərində keçiriləcək.

1/8 finalda 6 oyun cavab matçı kimi baş tutacaqsa, “İnter” – “Xetafe” və “Sevilya” – “Roma” cütləri qalibi bir oyundan ibarət neytral meydanda müəyyən edəcəklər.

Avropa Liqasının final görüşü avqustun 21-də Kölndə olacaq.



Avropa Liqası

1/8 final, cavab oyunları

5 avqust

21:55. “Kopenhagen” (Danimarka) – “Başakşəhər” (Türkiyə)

21:55. “Şaxtyor” (Ukrayna) – “Volfsburq” (Almaniya)

00:00. “Mançester Yunayted” (İngiltərə) – LASK (Avstriya)

00:00. “İnter” (İtaliya) – “Xetafe” (İspaniya)

6 avqust

21:55. “Bayer” (Almaniya) – “Reyncers” (Şotlandiya)

21:55. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya)

00:00. “Bazel” (İsveçrə) – “Ayntraxt” (Almaniya)

00:00. “Vulverhempton” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)



1/4 final

10 avqust

00:00. “Mançester Yunayted”/LASK cütünün qalibi – “Kopenhagen”/“Başakşəhər” cütünün qalibi

00:00. “İnter”/”Xetafe” cütünün qalibi – “Bayer”/“Reyncers” cütünün qalibi

11 avqust

00:00. “Şaxtyor”/“Volfsburq” cütünün qalibi – “Bazel”/“Ayntraxt” cütünün qalibi

00:00. “Vulverhempton”/“Olimpiakos” cütünün qalibi – “Sevilya”/”Roma” cütünün qalibi



Yarımfinal

16 avqust

00:00. “Vulverhempton”/“Olimpiakos” – “Sevilya”/”Roma” cütlərinin qalibi – “Mançester Yunayted”/LASK – “Kopenhagen”/“Başakşəhər” cütlərinin qalibi

17 avqust

00:00 . “İnter”/”Xetafe” – “Bayer”/“Reyncers” cütlərinin qalibi – “Şaxtyor”/“Volfsburq” – “Bazel”/“Ayntraxt” cütlərinin qalibi

Final

21 avqust

00:00. Köln şəhəri

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …