Sosial şəbəkədə biz:

Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri dəqiqləşdi

Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri dəqiqləşdi
Xəbər Şəkli
20 July 2026, 15:46
İdman

Qarabağ“ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Belə ki, “köhlən atlar” turnirin II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandasını məğlub etsə, “Şerif” (Moldova) – “Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.

“Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi “KuPS”a uduzsa, UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya Krayova” (Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Avropa Liqasında bu raundun matçları 6 və 13 avqusta təsadüf edəcək. Report