Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqa liderinə qarşı

Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqa liderinə qarşı

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

Azərbaycan çempionu “Qarabağ” ilk matçını səfərdə keçirəcək.

G qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri “Frayburq”la görüşəcək. Təmsilçimiz Almaniya Bundesliqasının rəqibi ilə görüşə sensasiyaya imza atmaq üçün yollanıb. Ardıcıl 9-cu dəfə avrokubokların qrupunda çıxış edən ağdamlılar səfərdən ən azı bir xalla dönmək arzusundadır.

Qarşılaşma Frayburqdakı “Volfsvinkel” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, qrupun digər oyununda Fransa “Nant”ı Yunanıstan çempionu “Olimpiakos”u qəbul edəcək.

Avropa Liqası
I tur, G qrupu
8 sentyabr
23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. “Volfsvinkel” stadionu

ApaSport.az

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …