Bazar , Fevral 25 2024
Ana səhifə / İdman / Avropa Liqası: “Qarabağ” ilk dəfə pley-offa yüksəldi

Avropa Liqası: “Qarabağ” ilk dəfə pley-offa yüksəldi

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

Azərbaycan təmsilçisi “Qarabağ” da qrupda sonuncu matçına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda “Hekken”i qəbul edib. Bugünkü görüş “Qarabağ” və Azərbaycan futbolu üçün tarixi nəticə ilə yadda qalıb. İsveçdə keçirilən matçda “Hekken”ə 1:0 hesabı ilə qalib gələn Ağdam klubu bu oyunda da rəqibini üstələyib və 2-ci yerin sahibi kimi qrupdan çıxıb. Bununla da “Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksəlib. 

14 dekabr

UEFA Avropa Liqası

21:45.”Qarabağ” (Azərbaycan) – “Hekken” (İsveç) – 2:1

Qol: Leandro Andrade, 1, Yassin Benzia, 45+4 – B. Hüseynov(öz qapısına), 90+4

Qırmızı vərəqə: Marko Veşoviç, 56 (“Qarabağ”)

Baş hakim: Yucin Caya (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Həmçinin oxuyun

Naxçıvanın 100 illiyi münasibətilə şahmat üzrə yoldaşlıq görüşü keçiriləcək

Bu gün Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş şahmat üzrə onlayn yoldaşlıq görüşü təşkil …