Ana səhifə / İdman / Avropa Liqası: “Mançester Yunayted”dən səfər qələbəsi, “Arsenal” üstünlüyünü qoruya bilmədi

Avropa Liqası: “Mançester Yunayted”dən səfər qələbəsi, “Arsenal” üstünlüyünü qoruya bilmədi

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

4 qarşılaşmanın hamısı eyni saatda başlayıb.

“Mançester Yunayted” “Qranada”nın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib. Digər İngiltərə təmsilçisi “Arsenal” isə evdə “Slaviya”nı qəbul edib və matç heç-heçə birib – 1:1. “Roma” “Ayaks” ilə səfərdə üz-üzə gəlib. Qonaqlar 2:1 hesablı qələbə qazanıblar. “Dinamo” dogma meydanda “Vilyarreal”a uduzub – 0:1.

Avropa Liqası, 1/4 final, İlk oyunlar

23:00. “Qranada” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 0:2

Qollar: Reşford, 31, Fernandes, 90+1

23:00. “Arsenal” (İngiltərə) – “Slaviya” Praqa (Çexiya) – 1:1

Qollar: Pepe, 86 (1:0), Holes, 90+4 (1:1)

23:00. “Ayaks” (Niderland) – “Roma” (İtaliya) – 1:2

Qollar: Klaassen, 39 (1:0), Pelleqrini, 57 (1:1), İbanez, 87 (1:2)

23:00. “Dinamo” Zaqreb (Xorvatiya) – “Vilyarreal” (İspaniya) – 0:1

Qol: Moreno, 44-pen

Həmçinin oxuyun

Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazandı

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir. Mundialın beşinci günündə Azərbaycan millisinin …