Çərşənbə , Mart 3 2021
Ana səhifə / İdman / Avropa futbol çempionatı bu il keçirilə bilər, amma…

Avropa futbol çempionatı bu il keçirilə bilər, amma…

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib ki, Tokio Yay Olimpiadası daha bir il təxirə salınmayacaq və bu yay mütləq keçiriləcək. O, iyulun 23-də başlanmalı olan yarışın təxirə salınmasına heç bir əsasın olmadığını və bunun üçün “B planı”nın olmadığını söyləyib.

Onun bu açıqlaması 2020-ci ilin iyun-iyul aylarında keçirilməli olan və lakin koronavirus səbəbindən bir il sonra həmin aylara təxirə salınan futbol üzrə Avropa Çempionatının taleyini bir daha gündəmə gətirib. Bu istiqamətdə əsas sual bu il həmin yarışın keçirilib-keçirilməyəcəyi ilə bağlıdır.

AVRO-2020-nin taleyi Azərbaycanda da yaxından izlənilir. Buna ilk növbədə səbəb yarışın bir neçə oyununun Bakıda keçirilməli olmasıdır. Digər bir səbəb qardaş Türkiyə ilə bağlıdır. Belə ki, qardaş dövlətin milli komandası bu çempionatın final mərhələsinə vəsiqə qazanıb.

Futbolla yaxından maraqlananlar yaxşı bilirlər ki, bu idman növünün əsas özəlliklərindən biri də onun azarkeşlərinin stadionları doldurmasıdır. AVRO-2020-nin də böyük bir yarışma olduğunu nəzərə alsaq, əgər icazə verilərsə, stadionların dolacağı sirr deyil. Pandemiya şəraitinin isə yaya qədər davam edəcəyi təqdirdə bunun nə qədər ciddi təhlükələrə yol aça biləcəyini təxmin etməmək mümkün deyil. Məhz bu səbəbdən yarışın azarkeşsiz keçirilə biləcəyi də gündəmdən düşmür.

Sərdar Cəlaloğlu seçicilərə ÇAĞIRIŞ ETDİ » "Dünya" informasiya agentliyi

Sərdar Cəlaloğlu: “Hər şeyi iqtisadiyyata qurban vermək olmaz”

ADP sədri, həkim Sərdar Cəlaloğlu istənilən halda milyonlarla insanın həyatının təhlükə altına atılmasının əleyhinədir: “Öncəliklə deyim ki, bu vaksinlər etibarsızdır. Bununla bağlı rəylər də fərqlidir. Ona görə də, vaksinə arxayın olub sosial təmas məsələsini pozmaq olmaz. Çempionatı hazırkı vəziyyətdə azarkeşsiz keçirmək olar. Vacib deyil ki, mütləq şəkildə stadionlar dolsun. Telekanallar vasitəsilə yarış izlənilə bilər. İdman yarışları o qədər mühüm bir məsələ deyil ki, milyonlarla insanın həyatı təhlükə altına qoyulsun. Hər şeydən öncə bu epidomoloji stiuasiyanın gərginləşməsinə imkan vermək olmaz. Bu baxımdan əgər həmin vaxtı epidemioloji təhlükə böyük olacaqsa, o yarışları azarkeşsiz keçirmək lazımdır”.

Həkim-siyasətçi say etibarını nəzərə alıb idman yarışlarının keçirilməsini mümkün sayır: “Məsələn, yüz minlik stadiona on min nəfər buraxmaq olar, yəni müəyyən məsafələrlə. Həm də çox ciddi şəkildə maskalara nəzarət etməklə bunu həyata keçirmək mümkünsüz deyil. Amma nəyə görə risk olunmalıdır? Burada oturub telekanalın qabağından baxdın, yaxud stadiondan, bir fərqi varmı? Azarkeşlər stadionlara gələndə komandalar milyonlarla pul qazanır. Amma unutmaq olmaz ki, hər şeyi iqtisadiyyata qurban vermək olmaz”.

İdman saytları sonu görünməyən “ofsayd”da

Kənan Məstəliyev: “AVRO-2020 bu yay baş tutacaq”

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev AVRO-2020-nin bu il baş tutacağına inanır: “Cənab Baxın bu cür açıqlama verməsi normal, hətta deyərdim məcburiyyətdən irəli gələn addımdır. Səbəbi də çox sadədir: olimpiadanın keçirilməməsi halında günahın onun rəhbərlik etdiyi quruma yıxılmamasını istəyir. Çünki ortada ciddi maliyyə məsələsi var. Beynəlxalq Olimpiya Komitəsi yarışı təxirə salma və ya keçirməmə qərarını versə, həm idman ictimaiyyəti, həm də nəhəng sponsorlar qarşısında bunun cavabını verməli olacaq. Yox, bunu Yaponiya hökuməti etsə, o zaman da onlar vətəndaşları qarşısında bu qədər çəkilən xərclərin niyə boşa getdiyini izah etməyə məcbur qalacaqlar. Yəni dava idmandan daha fərqli davadır. O ki qaldı, olimpiadanın özünə, bu yarışın hazırkı şərtlərlə keçirilmə ehtimalı, bu gün üçün mümkünsüz görünür. Sərhədlərin bağlı olması, peyvəndləmə və onun hələ də ləng keçirilməsi, əksər ölkələrdə ümumiyyətlə başlanılmaması, müxtəlif ölkələrdə müxtəlif cür karantin qaydalarının hələ də davam etdirilməsi və nə vaxt bitəcəyinin bilinməməsi, bu səbəbdən idmançıların normal məşq edib forma yığa bilməməsi, üstəlik, lisenziya turnirlərinin təşkil edilməməsi kimi bu və qeyd etmədiyimiz onlarla problem Tokio Olimpiadasının bu yay təşkilinə ümidi azaldır. Çox təəssüf ki, mən bu məsələdə nikbin fikir söyləyə bilməyəcəyəm.

Futbol üzrə Avropa Çempionatı isə fərqli məsələdir. Pandemiya dünyanı cənginə aldığı vaxtda belə müxtəlif fasilələrlə də olsa, bütün ölkələrdə futbol çempionatları, yarışlar davam etdi, qaliblər müəyyən edildi. İstər daxili, istər beynəlxalq avrokubok matçları, istərsə də milli komandalar səviyyəsində yarışların sınaqdan keçirilərək başa çatdırılması onu göstərdi ki, futbol digər idman növlərindən daha hazırlıqlıdır. Bütün təhlükəsizlik tədbirləri sınaqdan keçirilib, qaydalar var və Avropa Çempionatı kimi nüfuzlu yarışın keçirilməsinə də böyük bir əngəl qalmayıb. Çətinlik yalnız komandaların ölkələr arasındakı səfərləri zamanı yarana bilər ki, bu da təşkilatçıların – Azərbaycan da daxil olmaqla rahatlıqla həll edə biləcəyi bir işdir. Düşünürəm ki, AVRO-2020 bu yay baş tutacaq. Yeganə üzücü hal azarkeşlərin stadionlara tam sayda buraxılmaması ola bilər ki, ona da ediləcək bir şey yoxdur. Reallığı qəbul etməyə məcburuq”. Musavat.com

Həmçinin oxuyun

“Mançester Yunayted” – “Çelsi” oyunu qolsuz bitdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı turun mərkəzi qarşılaşması keçirilib. Turun maraq doğuran görüşü “Stenford …