Sosial şəbəkədə biz:
Avropa çempionatının seçmə mərhələsi: Azərbaycanın U-21 millisi qələbə qazanıb
Xəbər Şəkli

Avropa çempionatının seçmə mərhələsi: Azərbaycanın U-21 millisi qələbə qazanıb

19 November 2025, 09:17
İdman

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

 B qrupunun oyununda səfərdə Cəbəllütariq millisi ilə üz-üzə gələn yığma 1:0 hesablı qələbəyə sevinib.

"Europa Point Stadium"dakı yeganə qolu 54-cü dəqiqədə Murad Məmmədov vurub.

Qeyd edək ki, yığma növbəti matçını 2026-cı il martın 27-də Portuqaliya millisinə qarşı keçirəcək.