Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / İdman / Avropa çempionatının ən yaxşı oyunçusu məlum oldu

Avropa çempionatının ən yaxşı oyunçusu məlum oldu

AVRO-2020-nin ən yaxşı oyunçusunun adı bəlli olub.

Bu, İtaliya millisinin qapıçısı Canluici Donnarummadır. O, turnir ərzində keçirdiyi yeddi matç ərzində qapısında cəmi dörd top buraxıb, İspaniya ilə yarımfinal və İngiltərə ilə final görüşlərindəki penaltilər seriyasında əsas qəhrəman olub. Həmçinin, AVRO-2020-nin ən yaxşı bombardiri də açıqlanıb.

Bu, 1/8 finalda mübarizəni dayandırmış Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldudur. Beş qol vurmuş futbolçu Çexiya millisinin hücumçusu Patrik Şiklə eyni sayda fərqlənsə də, bir məhsuldar ötürmə və turnirdə keçirdiyi oyun dəqiqələri sayına görə ən yaxşı bombardir seçilib.

Qeyd edək ki, AVRO-2020-nin qalibi İtaliya millisi olub. Londonda İngiltərə ilə 1:1 başa çatan görüşün qalibi penaltilər seriyasında müəyyənləşib – 3:2. Oxu.az

Həmçinin oxuyun

Dünya çempionatı: Azərbaycanın daha bir boksçusu növbəti mərhələyə yüksəldi

Azərbaycan boksçusu Tayfur Əliyev Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında ilk görüşünü keçirib. Belə ki, 60 …