Bazar ertəsi , May 23 2022
Ana səhifə / İdman / Avropa Çempionatında 3 cüdoçumuz mübarizəyə qoşulur

Avropa Çempionatında 3 cüdoçumuz mübarizəyə qoşulur

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatının sonuncu yarış günündə Azərbaycanın 3 cüdoçusu mübarizəyə qoşulacaq.

Bu gün Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, komandamızın aktivində 2 medal var. Belə ki, 73 kiloqram çəki dərəcəsində yarışan millimizin üzvlərindən Hidayət Heydərov qızıl, Rüstəm Orucov isə bürünc medal qazanıblar.

Xatırladaq ki, Avropa çempionatına Azərbaycan 11 cüdoçu ilə qatılıb. Turnirdə 40 ölkədən 300-dən çox idmançı iştirak edir.

Həmçinin oxuyun

Alim Nəbiyev Azərbaycan çempionu oldu

“Qəbələ”nin kikboksçusu Alim Nəbiyev Azərbaycan çempionu olub. “Qafqazinfo” xəbər verir ki, idmançı kikboksinq üzrə XXVI …