Bazar ertəsi , May 10 2021
Ana səhifə / İdman / Avropa çempionatı: Qadın güləşçilərimizin rəqibləri bilindi

Avropa çempionatı: Qadın güləşçilərimizin rəqibləri bilindi

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Aprelin 21-23-də qadın güləşçilər qitə birinciliyində mübarizə aparacaq. Aprelin 20-də bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.

Güləşçilərimizdən Mariya Stadnik (50 kiloqram) Yekaterina Poleşçuk (Rusiya), Tatyana Varansova (53 kiloqram) rusiyalı Olqa Xoroşavtsova (Rusiya), İrina Netreba (65 kiloqram) Belarus təmsilçisi Tatyana Pavlova, Elis Manolova (68 kiloqram) isveçli Tindra Syoeberq (İsveç), Səbirə Əliyeva (76 kiloqram) isə Estoniya güləşçisi Epp Maee ilə qarşılaşacaq.

Aprelin 21-də M.Stadnik, E.Manolova və S.Əliyeva mübarizəyə start verəcəklər. T.Varansova və İ.Netreba isə növbəti gün xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kiloqram) gümüş, Əfqan Xaşalov (57 kiloqram) və Əli Rəhimzadə (65 kiloqram) isə bürünc medala sahib olublar.

Həmçinin oxuyun

İngiltərə Premyer Liqası “İdman TV”dən alınır? – AÇIQLAMA

“İdman TV”nin növbəti mövsümdən etibarən İngiltərə Premeyr Liqası matçlarını yayımlamayacağı iddia olunur. Sosial şəbəkələrdə yayılan …