Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / İdman / Avropa çempionatı: İki boksçumuz 1/4 finalda, biri erməni ilə qarşılaşacaq

Avropa çempionatı: İki boksçumuz 1/4 finalda, biri erməni ilə qarşılaşacaq

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.

“Report” xəbər verir ki, 41 ölkənin qatıldığı yarışın ikinci günü Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

İlk görüşdə Uça Jorjolianiyə (Gürcüstan) qalib gələn Ruslan Rüstəmov (64 kq) 1/8 finalda rusiyalı Maqomed Şamsayevlə döyüşüb. Boksçu çıxışını qələbə ilə başa vurub – 4:1 (29:26, 28:27, 29:26, 29:26, 27:28). O, 1/4 finalda Almaniya təmsilçisi David Gevorgyanla üz-üzə gələcək. Qarşılaşma iyunun 21-də baş tutacaq.

Startda Arşak Yelizbaryana (Gürcüstan) gücünü göstərən Mirəşrəf Kazımzadə (75 kq) ikinci görüşündən də qalib ayrılıb. O, 1/8 finalda macarıstanlı Robert Çervenkadan üstün olub. Boksçu rəqibini 5:0 (28*:28, 28*:28, 28*:28, 29:27, 29:27) hesabı ilə məğlub edib. Kazımzadə iyunun 21-də 1/4 finalda ukraynalı Boqdan Tolmaçovu sınağa çəkəcək.

Yarışın üçüncü günündə 5 boksçu 1/8 final qarşılaşmasına çıxacaq.

Qeyd edək ki, Azərbaycan millisinin 7 idmançı ilə təmsil olunduğu yarışda final görüşləri iyunun 24-də olacaq. Turnirin mükafat fondu 320 000 ABŞ dollarıdır. Qalib 8 000, gümüş medalçı 4 000, 3-cü yerin sahiblərinin hərəsi 2 000 ABŞ dolları qazanacaq.

Həmçinin oxuyun

Ermənini udub medal qazanan Rafiqdən AÇIQLAMA

Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanması haqqında danışıb. O, qələbənin …