Ana səhifə / İdman / Avropa çempionatı: Azərbaycanın şahmat yığması Almaniyanı məğlub edib FƏRDİ

Avropa çempionatı: Azərbaycanın şahmat yığması Almaniyanı məğlub edib FƏRDİ

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında IV turun görüşləri keçirilib. 

“Report”un məlumatına görə, ilk 3 turu qələbə ilə başa vuran kişilərdən ibarət Azərbaycan millisi bu dəfə Macarıstanla üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb. Yığmanın liderləri – Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun heç-heçə etdiyi turda Rauf Məmmədov qələbə qazanıb, Qədir Hüseynov isə uduzub. Bu, kişi şahmatçıların yarışdakı ilk heç-heçəsi olub.

Qadınlardan ibarət komanda isə Almaniya ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Azərbaycan yığmasının inamlı qələbəsi ilə yekunlaşıb – 3:1. Gülnar Məmmədova və Gövhər Beydullayeva rəqiblərinə qalib gəlib. Günay Məmmədzadə ilə Xanım Balacayeva isə heç-heçəyə razılaşıblar.

Avropa çempionatı, IV tur

Kişilər

Macarıstan – Azərbaycan – 2:2

Viktor Erdyoş – Şəhriyar Məmmədyarov – 0,5:0,5

Ferents Berkeş – Teymur Rəcəbov – 0,5:0,5

Tamaş Banus – Rauf Məmmədov – 0:1

Benyamin Qledura – Qədir Hüseynov – 1:0

Qadınlar

Almaniya – Azərbaycan – 1:3

Elizabet Paets – Günay Məmmədzadə – 0,5:0,5

Josefin Heynemann – Gülnar Məmmədova – 0:1

Anna-Mari Klek – Xanım Balacayeva – 0,5:0,5

Melani Lübbe – Gövhər Beydullayeva – 0:1

Qeyd edək ki, ilk üç turda kişilər İtaliya, Serbiya və Almaniyadan üstün olublar. Qadınlar isə Türkiyə və İsveçi məğlub etsələr də, Gürcüstana uduzublar.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …