Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / İdman / Avropa çempionatı: Azərbaycan komandaları heç-heçə edib

Avropa çempionatı: Azərbaycan komandaları heç-heçə edib

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan milliləri bu gün VIII turun görüşlərini keçiriblər. 

Kişilərdən ibarət komanda Ukrayna yığması ilə qarşılaşıb. Oyun heç-heçə ilə yekunlaşıb – 2:2. Heyət üzvlərinin hamısı – Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abbasov rəqibləri ilə “sülh”ə razılaşıblar.

Qadınlardan ibarət kollektiv isə Macarıstanla üz-üzə gəlib. Bu oyunda da eyni hesab qeydə alınıb. Heyət üzvlərindən Gövhər Beydullayeva görüşünü qələbə ilə bitirsə də, Xanım Balacayeva məğlubiyyətlə üzləşib. İlk 2 lövhədəki Günay Məmmədzadə və Gülnar Məmmədova isə heç-heçə ilə kifayətləniblər.

Bu nəticədən sonra Azərbaycan 10 xalla 4-cü pillədə qərarlaşıb. Polşa, Ukrayna, Fransa, Niderland, Macarıstan və Yunanıstan da eyni xala malikdir. Bu komandaların hamısı son tur öncəsi qızıl və gümüş medal şanslarını itiriblər. Onlar həlledici turda yalnız bürünc medal uğrunda mübarizə aparacaqlar.

Avropa çempionatı, VIII tur
20 noyabr

Kişilər

Azərbaycan – Ukrayna – 2:2

Teymur Rəcəbov – Anton Korobov – 0,5:0,5

Rauf Məmmədov – Andrey Volokitin – 0,5:0,5

Qədir Hüseynov – Yuri Kuzubov – 0,5:0,5

Nicat Abbasov – Kirill Şevçenko – 0,5:0,5

Qadınlar

Macarıstan – Azərbaycan – 2:2

Sidoniya Lazarne – Günay Məmmədzadə – 0,5:0,5

Titsiya Qara – Gülnar Məmmədova – 0,5:0,5

Joka Qaal – Xanım Balacayeva – 1:0

Barbara Mihok-Yuhas – Gövhər Beydullayeva – 0:1

Həmçinin oxuyun

“Çelsi” “Mançester Yunayted” matçında iki qol vuruldu

İngiltərə Premyer Liqasında XIII turun mərkəzi qarşılaşması baş tutub. “Old Trafford”da ev sahibi “Mançester Yunayted” …