Çərşənbə axşamı , Mart 28 2023
Ana səhifə / İdman / AVRO-2023: Azərbaycanın basketbol millisi Ermənistanla eyni qrupa düşüb

AVRO-2023: Azərbaycanın basketbol millisi Ermənistanla eyni qrupa düşüb

Azərbaycanın 16 yaşadək basketbolçulardan ibarət yığması 2023-cü il Avropa çempionatının seçmə mərhələsində Ermənistanla eyni qrupa düşüb.

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı xəbər verir ki, C Divizionunda mübarizə aparacaq yığmanın püşkatma nəticəsində B qrupundakı digər rəqibləri də bəlli olub.

Azərbaycan millisi seçmə mərhələdə Ermənistanla yanaşı, Albaniya, Kipr və San Marino ilə də qarşılaşacaq.

Qeyd edək ki, B qrupunun oyunları bu il 19 – 27 iyulda Kosovonun paytaxtı Priştinada keçiriləcək.

Həmçinin oxuyun

Millimiz böyük hesabla uduzdu

Azərbaycan millisi növbəti oyununu keçirib. AVRO-2024-ün seçmə mərhələsində mübarizə aparan yığmamız ikinci matçına çıxıb. Üç …