Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / İdman / AVRO-2017: Güləşçimiz finala vəsiqə qazandı

AVRO-2017: Güləşçimiz finala vəsiqə qazandı

Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.
Yunan-Roma güləşçilərinin yarışlarının ilk günündə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Eldəniz Əzizli (55 kq) qitə çempionatının finalına vəsiqə qazanıb.

İdmançımız yarımfinal görüşündə 1:7 hesabı ilə geridə olmasına baxmayaraq, mübarizlik və əzmkarlıq göstərərək Rusiya təmsilçisi Vasili Topoevi 9:7 məğlub edib.

Onun yarışların həlledici mərhələsindəki rəqibi estoniyalı Helari Maegissalu olacaq.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …