Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / İdman / Atletlərimiz Avropa çempionatında qızıl və gümüş medallar qazandılar

Atletlərimiz Avropa çempionatında qızıl və gümüş medallar qazandılar

Polşanın Budqoş şəhərində keçirilən Açıq Avropa Çempionatında Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək, yarışın qızıl medalını qazanıb.

Bu barədə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə daha bir idmançısı, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə göstərərək, yarışın gümüş medalını qazanıb.

Beləliklə millimizin çempionatda qazandığı medalların sayı 3-ə çatıb. Daha öncə T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5.67 m nəticə göstərərək bürünc medal qazanıb.

Həmçinin oxuyun

Şəhriyar Məmmədyarov qalib oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirinin qalibi olub. …