Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / İdman / “Atletiko”nun futbolçusu “Qarabağ”la bağlı rekordu yeniləyə bilməyib

“Atletiko”nun futbolçusu “Qarabağ”la bağlı rekordu yeniləyə bilməyib

İspaniyanın “Atletiko Madrid” klubunun futbolçusu Koke klub tarixinin ən erkən qoluna imza atıb.

“Report”un məlumatına görə, bu, Portuqaliya “Sportinq”i ilə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.

İspaniyalı yarımmüdafiəçi görüşün 22 saniyəsində fərqlənib. Lakin 26 yaşlı futbolçu “Qarabağ”la bağlı rekordu yeniləyə bilməyib.

Avropa Liqasının ən erkən qolu 2016-2017-ci il mövsümündə qeydə alınıb. J qrupunda keçirilən “Qarabağ” – “Slovan” (2:2) matçında Çexiya təmsilçisinin futbolçusu Yan Sikora qarşılaşmanın 10-cu saniyəsində fərqlənib.

Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında “Atletiko” “Sportinq”i 2:0 hesabı ilə məğlub edib.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …