Cümə , Fevral 23 2024
Ana səhifə / İdman / “Atletiko” Bakıya “Qarabağ”… təyyarəsində uçur

“Atletiko” Bakıya “Qarabağ”… təyyarəsində uçur

İspaniyanın “Atletiko” futbol klubu bu gün Bakıya təxminən saat 22:00-da gələcək.

Virtualaz.org-un məlumatına görə, komanda Madriddən çarter reysi ilə uçub və təyyarədə təxminən 6 saat vaxt keçirəcək.

Ən diqqətçəkən məqam odur ki, “Atletiko” Bakıya “Azərbaycan Hava Yolları”nın “Qarabağ” adlı təyyarəsində uçur.

Xatırladaq ki, “Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasınının II turu çərçivəsində İspaniya təmsilçisi “Atletiko” ilə oyunu oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qarşılaşma saat 20:00-da başlayacaq.

Həmçinin oxuyun

Avropa Liqası: “Qarabağ” 1/8 final mərhələsinə vəsiqə qazanıb

“Qarabağ” klubu fevralın 22-də UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb. Saat 21:45-də start …