Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İdman / Aslan Kərimovla Samir Ələkbərov kəllə-kəlləyə gəldi – millidə qarşıdurma

Aslan Kərimovla Samir Ələkbərov kəllə-kəlləyə gəldi – millidə qarşıdurma

Azərbaycan U-21 milli komandasının məşqçisi Samir Ələkbərovun dünən Kosovo ilə “Avro-2019”un seçmə matçından (0:0) sonra keçirdiyi mətbuat konfransında verdiyi bir açıqlama diqqət çəkib.

Qol.az-ın xəbərinə görə, o, jurnalistlərlə söhbətində “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevdən üzr istədiyini dilə gətirib, amma nəyə görəsə bununla bağlı əlavə açıqlama verməyib.

Samir Ələkbərov: “Bütün məşqçilərimizə mənim kimi köməkçi olmağı arzulayıram. Mən buraya 3 oyunluq gəlmişdim. Böyükağa Hacıyevdən üzr istəyirəm. Amma nəyə görə belə etdiyimi demək istəmirəm. Özündən soruşarsınız, deyər. Məni harada tuturdusa, deyirdi ki, qulaq as. Üzr istəyirəm ki, ona qulaq asmadım”.

S.Ələkbərovun Böyükağa Hacıyevdən nə üçün üzr istəməsi barədə bir qədər sonra…

Bu gün yayılan xəbərlərə görə, artıq AFFA U-21-ə müvəqqəti, 3 oyunluq təyin etdiyi Samir Ələkbərovla yolları ayırıb. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bu haqda onlarda məlumat olmadığını söyləyib. Amma S.Ələkbərov özü isə Qol.az-a açıqlamasında millini tərk etdiyini təsdiqləyib.

Qeyd edək ki, S.Ələkbərov Yaşar Vahabzadə istefaya göndərildikdən sonra U-21-ə baş məşqçi əvəzi təyin edilib. Onun rəhbərliyi altında milli Almaniyaya hər iki matçda uduzub (səfərdə 1:6, Bakıda 0:7), Kosovo ilə isə evdəki görüşdə heç-heçə (0:0) edib.

Bu arada isə məlum olub ki, Samir Ələkbərovla futbol veteranı, U-21-də onun köməkçisi olan Aslan Kərimov arasında narazılıq yaranıb. A.Kərimovun konkret olaraq S.Ələkbərovun işinə müdaxilə etdiyi bildirilib. Məsələylə bağlı A.Kərimovdan şərh almaq mümkün olmayıb. S.Ələkbərov özü isə A.Kərimovla aralarında narazılıq olduğunu təsdiq edib (Samir Ələkbərovun bununla bağlı müsahibəsi az sonra saytımızda yayımlanacaq).

Böyükağa Hacıyevin bu gün azersiport.com saytına verdiyi müsahibədə dedikləri də bu məşqçilər arasında münasibətlərin soyuq olduğunu göstərib. B.Hacıyev “Samir Ələkbərov sizdən nə üçün üzr istəyib” sualına cavab olaraq deyib:

“Ona dedim ki, əgər səni milliyə baş məşqçi təyin ediblərsə, onda Aslan Kərimov yanında nə gəzir? Komanda bir nəfərə qulaq asmalıdır. Samir bir, Aslan başqa söz deyir. Hər kəsin üz vəzifə səlahiyyəti olmalıdır. Görün, oyun zamanı Aslan özünü necə aparırdı. Bir halda ki, Samir meydanın kənarında durub tapşırıq verirsə, bəs Aslan nə üçün skamyada oturub göstəriş verməlidir? Komandanın bir başı olmalıdır”.

Həmçinin oxuyun

Qurban Qurbanov: “Çalışırıq, dekabra qədər rotasiyalarla formanı qoruyaq”

“Maraqlı oyun alındı. Xüsusən də, ikinci hissədə”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi …