Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / İdman / “Arsenal”ın azarkeşlərindən “Qarabağ”ı sorduq – Londondan reportaj

“Arsenal”ın azarkeşlərindən “Qarabağ”ı sorduq – Londondan reportaj

-Biletlər neçəyədir? 

-Sən neçəyə istiyirsən?

-Bilmirəm, siz deyin.

“Arsenal”- “Brendford” oyuna “qara bazar”da bilet satan orta yaşlı kişi əlindəki siqareti kənara atır, oyuna biletin 60 paund olduğunu deyir. “Bahadır”,- deyib uzaqlaşmağa çalışıram. Dərhal yanıma gəlib, “aşağısı nə qədər verə bilərsən”, – deyə soruşur. Əslində alıcı olmadığım və sadəcə qiymətləri bilmək istədiyim üçün, kişinin mənə bileti bu qədər həvəslə satmağa çalışmasından bir az utanıram, təşəkkür edib, bileti artıq istəmədiyimi bildirirəm. “50-yə verərəm, götür”, – daha da səbirsizləşərək deyir. “İstəmirəm”, deyirəm. Bu dəfə də bileti əlimin içinə qoyaraq, “45-ə verirəm”, götür deyir. Bileti qaytarıram. Arxamdan “yaxşı, gəl, 25 olsun”, deyə qışqırır.

Onu geridə buraxıb, insan axnını izləyərək “Arsenal” klubunun stadionu “Emirates”a doğru irəliləməyə davam edirəm. Stadiona ən yaxın metro stansiyası olan “Higbury& İslington” insan çoxluğundan bağlanıb və kənar stansiyalardan stadiona doğru istiqamət alan böyük bir kütlə sürətli addımlarla bir-birinin arxasınca irəliləyir. Kimisi də az qala hər addımbaşı “hot dog”, ya da burger verən köşklərdən oyun öncəsi yemək sifariş edir. Əvvəl mənə elə gəlir ki, azarkeşlər çox sakitdir, elə bunu fikirləşməyimdən 5-10 dəqiqə keçməmiş azarkeşlərin şüarları ətrafı bürüyür.

Image result for arsenal klub

Londonun mərkəzinə təxminən 40 dəqiqəlik məsafədə olan “Emirates” satdionu təxminən 60 min nəfərlik olub, “Uembli” və “Old Trafford” stadionlarından sonra İngiltərənin üçüncü ən böyük stadionudur. “Arsenal” azarkeşləri də öz klublarına dəstək olmaq üçün bu nəhəng stadionun yolunu tutublar. Bəs görəsən, onlar oktyabrın 4-ü Bakıda keçiriləcək “Arsenal” – “Qarabağ” oyununu izləməyə gələcəklərmi?

Elə bunu öyrənmək üçün mən də “Higbury & Islington” bölgəsinə gedərək ətrafı gəzib, insan axının içində söhbətləşə bildiyim azarkeşlərlə danışmağa başlayıram.

55 yaşlı Endi deyir ki, uşaqlıqdan “Arsenal”a azarkeşlik edir və Böyük Britaniyada keçirilən bütün oyunlarına canlı baxmağa çalışır.

Image result for arsenal klub

“İmkan olduqca stadiona getməyi üstün tuturam. Ancaq inanmıram ki, “Qarabağ”la oyuna gedə bilim. Yəqin ki televizordan baxaram. 3-0 “Arsenal”ın xeyrinə bitəcək oyun, məncə”.

Digər tərəfdə isə iki xanım özlərinə “Arsenal” şərflərindən alır. Onlar deyirlər ki, hər dəfə olmasa da, ildə bir neçə dəfə dostları ilə “Arsenal”ın oyunlarına gəlirlər. Onlar “Qarabağ” klubu haqqında çox da məlumatlı olmasalar da, öz komandalarının şübhəsiz qələbə çalacağını deyiblər.

Hava qaralır, stadionun girişlərində çoxlu polis maşınları arxa-arxaya düzülüb. Azarkeşlərin girişdə çantaları yoxlanır.
Bir grup gənci içəri keçməmiş yaxalaya bilirəm. Gənclər əvvəlcə Azərbaycanı tanımasalar da “Qarabag FK” deyirəm və qarşıdakı oyunu yadlarına salıram. Onlar oyunun “Arsenal”ın xeyrinə başa çatacağını, “Arsenal”ın “Qarabağ”dan daha güclü komanda olduğunu deyirlər.

Bu arada “Qarabağ” klubundan verilən açıqlamaya görə, “Arsenal” Bakıdakı oyun üçün 500 azarkeşlik yer istəyib. Görək “Arsenal” azarkeşlərinin Bakıda “Qarabağ” azarkeşləri qarşısında səsləri çıxacaqmı…

Musavat.com

Həmçinin oxuyun

Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

Azərbaycanlı futbol hakimi Namiq Hüseynov UEFA-dan təyinat alıb. “Report”un məlumatına görə, 32 yaşlı referi UEFA …