Çərşənbə , İyun 19 2019
Ana səhifə / İdman / “Arsenal”ın əsas qapıçısı “Qarabağ”a qarşı oynamayacaq

“Arsenal”ın əsas qapıçısı “Qarabağ”a qarşı oynamayacaq

Avropa Liqasının qrup mərhələsində mövbəti oyununu “Qarabağ”a qarşı keçirəcək “Arsenal” ciddi itki ilə üzləşib. 
London klubunun əsas qapıçısı Peter Çex sıradan çıxıb. Çex qolkiper dünən “Uotford”la oyunda (2:0) zədə alıb. Fasilədə meydanı axsayaraq tərk edən Çexi Bernd Lenoəvəzləyib.
Oyundan sonra komandanın baş məşqçisi Unay Emeri Çexin zədəsinin ciddi olduğunu deyib. O bildirib ki, 36 yaşlı qapıçı 2-3 həftə meydana çıxmaya bilər. Çexin oktyarbında 4-də “Qarabağ”la oyunu buraxacağı isə dəqiqdi.
Qeyd edək ki, London klubunun Sokratis Papastatopulos, Loran Koselni və Karl Cenkinson kimi futbolçuları da zədə səbəbindən “Qarabağ”la matçı buraxacaq.

Həmçinin oxuyun

Qurban Qurbanov: “Bizim üçün tanış olmayan rəqib olacaq”

“Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov …