Bazar , Noyabr 29 2020
Ana səhifə / İdman / Arda Turan bu klubdan cavab gözləyir

Arda Turan bu klubdan cavab gözləyir

Arda Turan “Beşiktaş”dan cavab gözləyir. Bu barədə “NTV Spor” xəbər yayıb.
Fatih Terimin gəlişindən sonra “Qalatasaray”a dönüşü mümkünsüz olan Ardanın “Beşiktaş”da oynamağa razı olduğu, İstanbul klubundan təklif gözlədiyi bildirilir.
Amma “Beşiktaş” bu məsələdə tərəddüd edir. “Barselona”da bu mövsüm heç bir rəsmi oyuna çıxmayan futbolçunun durumu Şenol Günəşi narahat edir. Bu səbəbdən transferlə bağlı yekun qərar verilməyib.
Bundan başqa “Beşiktaş”da Ardanın transferinə qarşı olanlar var. Futbolçunun “Qalatasaray”ın yetirməsi olması və “Türkiyədə “Qalatasaray”dan başqa klubda oynamaram” deməsi onların bu transferə qarşı çıxmasına səbəb olub. (Qaynarinfo)

Həmçinin oxuyun

“Qarabağ” klubu Allahverdi Bağırovun məzarını ziyarət etdi – FOTO

Bu gün “Qarabağ” futbol klubu işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər zamanı klub …