Çərşənbə , May 22 2024
Ana səhifə / İdman / “Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı sonuncu rəqibi bəlli oldu

“Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı sonuncu rəqibi bəlli oldu

UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Araz-Naxçıvan”ın əsas mərhələdəki sonuncu rəqibi müəyyənləşib.

Belə ki, ilkin mərhələnin D qrupunda keçirilən “Minerva” (İsveçrə) – “Loznika Qrad” (Serbiya) matçında qalib gələn nominal qonaqlar maksimum xalla birinci yeri tutub və növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Beləliklə 25 – 30 oktyabrda keçiriləcək əsas mərhələnin 5-ci qrupunda “Araz-Naxçıvan” “Mostar” (Bosniya və Herseqovina), “Orebro” (İsveç) və “Loznika Qrad” (Serbiya) komandaları ilə qarşılaşacaq. Oyunlar Bosniya və Herseqovinada keçiriləcək.

Həmçinin oxuyun

Güləşçilərimiz Avropa çempionatında qızıl medal qazanıblar

Güləş üzrə U-23 Avropa çempionatının ikinci yarış gününün axşam seansında yunan-Roma güləşi üzrə 55, 63, …