Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / “Araz-Naxçıvan” Çempionlar Liqasında ikinci oyununu keçirəcək

“Araz-Naxçıvan” Çempionlar Liqasında ikinci oyununu keçirəcək

Bu gün “Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununu keçirəcək.
Son ölkə çempionu F qrupunda Finlandiyanın “Kampuksen Dinamo” kollektivi ilə üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Latviyanın Salaspils şəhərində keçiriləcək qarşılaşmanı monteneqrolu hakim Drazen Vukçeviç idarə edəcək.
Qeyd edək ki, Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə Cəbəllütariqin “Europa” klubunu 9:2 hesabı ilə üstələyib. İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir. Reqlamentə uyğun olaraq, 9 komanda – 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …