Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / “Araz-Naxçıvan” Çempionlar Liqası ilə məğlubiyyətlə vidalaşıb

“Araz-Naxçıvan” Çempionlar Liqası ilə məğlubiyyətlə vidalaşıb

Bu gün “Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirib.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı sonuncu görüşündə Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 22:00-da strat götürən oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2.

Qeyd edək ki, qrupda keçirdiyi ilk iki oyunda da uduzan “Araz-Naxçıvan” növbəti mərhələyə çıxmaq şanslarını bu oyuna qədər itirmişdi.

Çempionlar Liqası

Əsas mərhələ, III tur

“Mostar” (Bosniya və Herseqovina) – “Araz-Naxçıvan” – 3:2

Qollar: Aladzic, 3, 12, Saselli, 33 – Vitao, 23, Amenqual, 34

29 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 22:00

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …