Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / “Ailəmdən ayrılanda hər gün ağlamışdım” – Ronaldo həyatından yazır

“Ailəmdən ayrılanda hər gün ağlamışdım” – Ronaldo həyatından yazır

 

“Ailəmdən ayrılanda hər gün ağlamışdım” – Ronaldo həyatından yazır

Mənim 7 yaşımdan bəri güclü yaddaşım var. Bu ailədən gələn bir şeydir. Onu təsvir etmək çətindir.

Mən real futbol oynamağa başlamışdım. Bundan əvvəl Madeyra küçələrində dostlarımla top qovurduq. Küçə deyəndə boş yollar demək istəmirəm. Bu həqiqətən bir küçə idi. Hədəfimiz və ya başqa bir şey yox idi. Maşınlar hərəkət etdiyi zaman oyunu dayandırmalı idik. Hər günü eyni şeyi etməyi sevirdim. Amma atam məni “Andronia” klubuna getməyə və gənclər komandasında oynamağa təşviq etdi. Möhtəşəm idi. Onunla hər zaman qürur duyuram və oraya yollandım.

İlk gün bir az çətin idi. Çünki küçə futbolundan fərqli burada qaydalar var idi. Amma sevdim. Quruluşdan və qazanma duyğusundan asılı oldum. Hər matç atam uzun saqqalları və iş paltarı ilə yanımda olurdu. O, bunu sevirdi. Anam və bacım isə futbola maraq göstərmirdi.

Hər gün yeməkdə atam onları mənim oyunumu görmək üçün stadiona gətirməyə çalışırdı. O, mənim ilk agentim idi. Özü ilə matçlarda evə gələrkən qışqırırdı: “Kristiano qol vurdu!”.

Anam və bacımın reaksiyası: “Oh, əla”.

Sizə elə belə gəlməsin. Doğrudan, həyəcanlı görünürdülər.

Sonra o düşünürdü ki, növbəti dəfə evə gələndə deyəcək: “Kristiano iki qol vurdu”.

Yeni həyəcan və deyirlər: “Oh, bu həqiqətən gözəldir, Kris”.

 

Mən nə edə bilərəm ki? Yalnız və yalnız qol vurmaq.

Bir gün atam evə gəldi və dedi: “Kristiano, 3 qol vurdu! O inanılmazdı! Siz onun oyununu mütləq görməlisiniz!”.

Növbəti oyunda anam və bacımı gözləsəm də, meydançanın kənarına baxanda tək atamı gördüm. Bir anı isə heç unutmayacam: stadionun kənarına baxdım ki, atamın yanında qardaşım da var. Onlar baxdı…Bunu necə deyim? İnanılmazdır. Onlar əvvəllər heç zaman futbol matçına baxmamışdılar. Burda olmaları əsrarəngiz bir hissdir. Sanki paraddır və onlar mənim üçün qışqırırlar!
O anda özümü çox yaxşı hiss etdim. Bu mənim üçün başqa bir dünya deməkdir. Içimdə elə bir hiss oyandı ki…Qürur və sevgi. O dövrdə çox pulumuz yox idi. Çünki Madeyrada yaşamaq özü bir mübarizə idi. Qardaşlarımın mənə verdiyi köhnə butsıda futbol oynayırdım. Amma uşaq olarkən pula əhəmiyyət vermirsiniz. Çünki həmin zaman hisslər daha önəmlidir. Və o günlər məndə futbol hiss daha güclü idi. Mən özümü qoruyurdum və ailəmi sevirəm. Portuqaliyada belə bir söz var: “menino querido da familia” (ailəsi üçün əziz oğlan).

Nostalji ilə yaddaşa baxıram. Çünki həyatın həmin dönəmləri qısa idi. Futbol mənə hər şeyi verdi. Amma həqiqətən hazır olmadan evimdən uzaqlaşdım. 11 yaşım olarkən Lissabondakı “Sportinq”in akademiyasına köçdüm və çətin vaxtlar başladı.

Indi bu barədə düşünmək məni dəli edir. Bunu yazarkən oğlum Cristiano Junior 7 yaşındadır. Mən indidən hazırlaşıram. 4 il ərzində bir çanta hazırlayıb onu Parisə və ya Londona göndərmək barədə düşünürəm. Çox çətin görünür. Amma valideynlərimlə mənim vəziyyətim də eyni idi.

Mən xəyallarımın ardınca qaçdım. Mənə icazə verdilər və getdim. Demək olar ki, hər gün orada ağlamışdım. Hələ Portuqaliyada idim. Başqa ölkəyə köçmək? Sözlərin vurğusu belə adama çətin gəlir. Mədəniyyət fərqlidir. Mən kimlərisə tanıyırdım və yalnız idim. Ailəm məni ildə bir dəfə ziyarət edirdi. Sanki onları itirirdim və bu ağrılı idi.

 

Başqa uşaqların meydanda edə bilmədiyini edirdim. Bütün çətinliklərə sinə gərməyi futbol mənə öyrətdi. Bir dəfə uşaqlardan birinin digərinə dediyini eşitdim: “Crisin nə etdiyini gördünüzmü? Bu adam bir canavardır”.

Məşqçilər də haqqımda danışmağa başladı: “etdiklərin yaxşıdır, amma sən kiçiksən”.

Doğrudur, cılız bir uşaq idim və əzələm yox idi. 11 yaşımda qərar verdim. Mən bu istedadla üzərimdə çox işləsəm, ən yaxşılardan olacam. Uşaq kimi oynamağı dayandırdım, uşaq kimi hərəkət etməyi unutdum. Dünyanın ən yaxşısı olmaq üçün məşq edəcəm.

Bu hissin haradan gəldiyini bilmirəm. Çünki hər şey içimdə baş verirdi. Sanki bir aclıq idi. Bir şeyi itirdiyinizdə ona qarşı hiss etdiyiniz kimi. Bu izahın yeganə yoludur.

Gecələr işə çıxmağa və bunu qaldığım yerdəkilərdən gizlətməyə başladım. Daha böyük və sürətli düşüncələr dalınca. İnsanların mənə dünyanın sonu kimi baxması çox çətin idi.

15 yaşımda olarkən komanda yoldaşlarımdan birinə məşqə dedim ki, mən dünyanın ən yaxşısı olacağam.

Onlar güldülər. Hələ “Sportinq”in ilk komandasında yox idim, amma inancım orda idi. Mən bu həqiqətə inanırdım.

17 yaşımda peşəkar karyerama başladım. Anam stresslə məni izləyirdi. O, məni “Estadio Joze Alavalada”da izləməyə gəldi. Çox həyəcan keçirirdi. Həkimlər mənə sakitləşdirici iynələr vurmağa başladılar.

Anama demişdim: “Mənim futbola getməyimə sevinmədiyini xatırlayırsanmı?”.

Daha böyük xəyallar zamanı idi. Milli komandada oynamaq istədim və “Mançester Yunatyed”ə getmək fikrində idim. Çünki hər zaman televiziyada Premyer Liqaya baxırdım. Oyunların sürətinə heyran qalırdım. Atmosfer dəhşət idi. İlk dəfə Mançesterdə meydana çıxanda hisslərimi ifadə etmək mümkün deyildi. Qürur anları idi!

Əvvəlcə, qazandığım kuboklar mənim üçün çox duyğusal idi. İlk Çempionlar Liqası kubokunu qazananda fantastic hisslər yaşadım. “Ballon d’Or” qazandım. Amma hədəflərim dəyişmədi. Daima daha yüksəyə getməyi düşündüm. Hər zaman Madridə heyran oldum. Kuboklar qazanmaq və rekordlar qırmaq istədim.

Son 8 ildə Madriddə “Real”la inanılmaz şeylər etmişəm. Hər kubok fərqli duyğudur. Madriddə insanlar hər zaman böyük şeylər gözləyir. Bu mənim işimdir.

 

Amma ata olmaq da fərqli duyğudur. Təsəvvür edə bilməyəcəyin. Madrid ona görə xüsusidir. Burda ən böyük futbolçu oldum. Amma bundan da o tərəfə ata oldum.

Oğlumla bağlı bi ranı xatırlayıram. Onu düşündüyüm zaman özümü əla hiss edirəm. Kardifddə finalı qazandığım zaman oğlum da yanımda. Tarix yazdıq. Oyundan sonra dünyaya bir mesaj göndərdim. Oğlum da qeyd etmək üçün meydançaya düşdü. Və sanki teatrın əsas pərdəsi idi. Birdən-birə duyğu dəyişdi. Marselonun oğlu ilə birlikdə qaçırdılar. Kubokla birlikdə qaçdıq. Əl-ələ gəzdik. Unudulmaz idi.

“Santyaqo Bernabeu”ya döndüyümüz zaman Cristiano Junior və Marselito stadionda birgə oynamağa başladılar. Onların oynadığı yer mənim küçələrimdən fərqli idi. Tamam fərqli səhnə idi. Amma ümid edirəm ki, oğlumun hissləri mənimlə eyni olar.
Bu öyüd –nəsihətdir… Son motivasiya: “El sueño del niño” (uşaqların röyası).
Uşağın xəyalları…
Bəlkə də məni indi anlayırsınız…

Madriddə uğur qazanmağa davam edəcəm. Mümkün olan hər şeyi qazanmaq istəyirəm. Bu mənim təbiətimdir. Əsas məqsədim isə Madriddə 95 yaşımda nəvələrimə söyləcəyəklərimi yaratmaqdır. Oğlumun çempionluğunu qeyd etmək üçün onunla stadionda gəzmək anını görmək istəyirəm…

Bunu edəcəyik…

Müəllif: Kristiano Ronaldo
Tərcümə: Elsevər Məmmədov

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …