Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İdman / Ağır atletika üzrə Azərbaycan Kubokunun son qalibləri müəyyənləşib

Ağır atletika üzrə Azərbaycan Kubokunun son qalibləri müəyyənləşib

Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki Ağr Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb.

Ağır Atletika Federasiyasından verilən məlumata görə, körpücük üzərinə son olaraq çəkisi 85, 94, 105 və +105 kq çəki dərəcələrində çıxış edən atletlər çıxıblar.

Öz çəkilərində qalib adlarını 85 kq çəki dərəcəsində toplam 280 kq (128+152) nəticə ilə Tarmenxan Babayev, 94 kq çəki dərəcəsində toplam 302 kq (136+166) nəticə ilə Emin Qocayev, 105 kq çəki dərəcəsində toplam 340 kq (150+190) nəticə ilə Rövşən Fətullayev və +105 kq çəki dərəcəsində toplam 326 kq (146+180) nəticə ilə Azər Məmmədli qazanıb.

Həmçinin oxuyun

Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısı açıqlanıb. İdman.biz xəbər verir ki, planetin 500 ən …