Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Ağır Atletika Federasiyasında növbəti dopinq qalmaqalı – İdmançını qovdular

Ağır Atletika Federasiyasında növbəti dopinq qalmaqalı – İdmançını qovdular

Azərbaycan Ağır Atletika Federasiyasında növbəti dopinq qalmaqalı baş verib.
Azinforum.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, milli komandanın üzvü Rövşən Fətullayev sonuncu respublika çempionatından sonra dopinqdə ilişib.
Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən R.Fətullayev test edilib. İdmançının testi Dünya Anti-Dopinq Agentliyinə (WADA) göndərilib. Artıq beynəlxalq qurum federasiyaya rəsmi məktub ünvanlayıb və testin müsbət olduğunu təsdiqləyib.
Saytımıza verilən məlumatda o da bildirilir ki, məktubu alan Azərbaycan Ağır Atletika Federasiyası bu gün Rövşən Fətullayevi millinin təlim-məşq toplantısından qovub.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …