Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / İdman / Ağasəlim Mircavadov: Daha çox PRO kateqoriyası olan məşqçilərə üstünlük verəcəyik

Ağasəlim Mircavadov: Daha çox PRO kateqoriyası olan məşqçilərə üstünlük verəcəyik

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun Oxu.Az saytına müsahibəsi

– Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən fərdi təqaüd mükafatı ilə təltif edilmisiniz. Bu münasibətlə təbrik edirəm…

– Təşəkkür edirəm. 25 nəfərə də ev verildi. Çox gözəl tədbir keçdi. Cənab prezidentimiz 2018-ci ildə idmanda olan nailiyyətlərdən danışdı və 2019-cu ildə görüləcək işlərdən bəhs etdi.

– Siz bu gün Məşqçilər Komitəsi olaraq AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmüsünüz. Yeni məşqçilərin namizədliyi müzakirə olundu orda?

– Bu iclas dünən olub. Sadəcə olaraq, AFFA-nın saytı bu gün verib… Hələ adlar bilinmir. Bizə deyildi ki, həm yerli, həm də xarici məşqçilər olsun.

– Namizədlərin adları siz tərəfdən veriləcək, yoxsa sizə veriləcək?

– Bizə veriləcək. Namizədlər deyiləndə ki, biz yerlilərin hamısını tanıyırıq. Biz daha çox PRO kateqoriyası olan məşqçilərə fikir veririk. Bizdə otuza yaxın məşqçilər işləyir. Onların bəzisi işləyir, bəzisi yox. Bəziləri deyə bilər ki, aşağı yaş qrupları ilə işləmək istəmirik. Ona görə də fikirlərini soruşuruq. Yəni birinci onların istəyi olmalıdır. Sonra onların qabiliyyətinə üstünlük verəcəyik.

– Ola bilərmi ki, Məşqçilər Komitəsi öz namizədlərini məhz öz üzvləri sırasından versin?

– Sözün düzü, belə bir söhbət olmadı. Bu bir az pis çıxar. Məsələn, Məşqçilər Komitəsi AFFA-ya necə desin ki, Ağasəlim Mircavadov millidə işləmək istəyir. Bunu AFFA rəhbərliyi özü deməlidir.

– Şəxsən sizin özünüzün konkret namizədiniz varmı?

– Mənim namizədlərim aşağı yaş qruplarında işləyirdi. Onları da çıxardıblar. Məsələn, 16 yaşadək millimizin baş məşqçisi olmuş Azər Məmmədov “Şəmkir”də yetirməm olub.

Həmçinin oxuyun

“Milan”ın aparıcı futbolçuları koronavirusa yoluxub

İtaliyanın “Milan” klubunda iki futbolçu koronavirusa yoluxub. Apasport.az xəbər verir ki, bu barədə “rossonyerlər” rəsmi …