Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / AFFA yenə “Qəbələ”yə maliyyə yardımı edəcək

AFFA yenə “Qəbələ”yə maliyyə yardımı edəcək

AFFA Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümündə də iştirakı üçün “Qəbələ” klubuna maliyyə yardımı göstərəcək.

Bu barədə “Report”a əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib.

Onun sözlərinə görə, milli assosiasiya ötən mövsüm olduğu kimi, qarşıdakı mövsümdə də bölgə klubuna maddi dəstək verəcək: “Bəli, maliyyə yardımı gözlənilir. Amma məbləğ yaxın günlərdə bəlli olacaq. Bununla bağlı AFFA-nın özü rəsmi açıqlama verəcək”.

Qeyd edək ki, AFFA ötən mövsüm “Qəbələ”yə 1 500 000 milyon, “Zirə”yə 500 000, “Sumqayıt”a 300 000, “Səbail”ə isə 200 000 manat vəsait ayırıb.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …