Çərşənbə , Mart 3 2021
Ana səhifə / İdman / AFFA Ukraynada oynayan məşhur hücumçunu milliyə gətirmək istəyir

AFFA Ukraynada oynayan məşhur hücumçunu milliyə gətirmək istəyir

“Minay” Türkiyədəki təlim-məşq toplanışını başa vurub.

Ukraynanın Premyer Liqa təmsilçisi hazırlıq prosesindəki son yoxlama matçında I liqada çıxış edən “Veres”lə üz-üzə gəlib.

Görüş elita klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Minay”ın heyətində qollardan 3-nü azərbaycanlı hücumçu Anatoli Nuriyev vurub.

25 yaşlı forvard 19, 34 və 75-ci dəqiqələdə fərqlənib. Oyunda son nöqtəni isə 88-ci dəqiqədə Andrey Tkaçuk qoyub.

AFFA Anatoli Nuriyevi Azərbaycan millisinə cəlb etmək üçün onunla danışıqları davam etdirir. Futbolçunun özü də yığmamızda oynamaqda maraqlıdır. Hazırda Antalyada olan yığmanın baş məşqçisi Canni De Byazi də oyunçunun çıxışını yaxından izləyir.

Həmçinin oxuyun

“Mançester Yunayted” – “Çelsi” oyunu qolsuz bitdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı turun mərkəzi qarşılaşması keçirilib. Turun maraq doğuran görüşü “Stenford …