Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / İdman / AFFA təcili iclas keçirdi — Biabırçı məğlubiyyətə görə hesabat istənildi

AFFA təcili iclas keçirdi — Biabırçı məğlubiyyətə görə hesabat istənildi

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Slovakiya (1:5) matçından dərhal sonra AFFA İcraiyyə Komitəsinin iclası baş tutub.


Demokrat.az xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayev millinin məşqçilər heyəti ilə görüşüb. 


O, Slovakiyaya 1:5 hesablı məğlubiyyətin hesabatını istəyib.


Milli komandanın futbolçuları da iclasın başa çatmasını gözləyib. Onlar yalnız qarşılaşma başa çatdıqdan 1 saat sonra soyunub-geyinmə otağını tərk edə bilib.

Həmçinin oxuyun

Prezident xanımı ilə bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimində

Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi …