Ana səhifə / İdman / AFFA rəqibə dirsək atan futbolçunu 2 400 manat cərimələdi

AFFA rəqibə dirsək atan futbolçunu 2 400 manat cərimələdi

AFFA İntizam Komitəsi “Qəbələ”nin yarımmüdafiəçisi Merab Giqaurini 3 oyunluq cəzalandırıb.

Buna səbəb gürcüstanlı oyunçunun Premyer Liqanın XX turunda “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada “təcavüzkar davranış”a görə birbaşa qırmızı vərəqə almasıdır.

Əyalət təmsilçisi 29-cu dəqiqədə rəqibinə dirsək atan legionerinə görə 2400 manat məbləğində cərimələnib.

“Zirə” isə 800 manat ödəməli olacaq. Qəsəbə təmsilçisinin 4 futbolçusu həmin görüşdə sarı vərəqə alıb.

Komitə “Səbail”ə də eyni cəriməni tətbiq edib. Komandanın 4 üzvü “Neftçi”yə 0:4 hesabı ilə uduzduqları qarşılaşmada sarı vərəqə görüb.

Həmçinin oxuyun

Avropa çempionatı: Komandamız 11-ci pillədədir

Portuqaliyanın paytaxtı Lissabonda start götürən cüdo üzrə Avropa çempionatında birinci günün yarışları başa çatıb. Turnirin …